"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı Suriya və İraqda "canlı bomba"lar, habelə partladıcı maddə yüklənmiş avtomobillərdən effektiv hücum vasitələri kimi istifadə edir.

Lakin bu "vasitə"lərin hücumları həmişə "uğur"la başa çatmır.

Unikal.org Milli.Az-a istinadən bildirir ki, Suriyada reallaşdırılan "Fərat qalxanı" əməliyyatı əsnasında müxalifət qüvvələrinin İŞİD-in paytaxtı Rəqqaya doğru hərəkətinin qarşısını almağa çalışan terrorçular son damla qanlarına qədər döyüşürlər.

Belə döyüşlərdən birində İŞİD terrorçusu "şəhid qurşağı" ilə irəli atılaraq özü ilə yanaşı, müxalifətçiləri də partlatmaq istəyib.

Lakin o çaşıb, tələsib və müxalifətçilərə çatmamış özünü partladıb.

İŞİD terrorçusu çaşdı, vaxtından əvvəl partladı - VİDEO - FOTO +18