Pakistanın Əfqanıstanla sərhəddə yerləşən Peşəvər şəhərində partlayış baş verib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki. partlayış nəticəsində 2 nəfər həlak olub, 18 nəfər isə yaralanıb. Partlayış Həyətabad rayonunda yerləşən tibb kompleksi yaxınlığında baş verib.

Məlumata görə, partlayış terrorçu-kamikadzenin motosikletlə hərəkət edərək avtomobilə çırpılması nəticəsində baş verib.