ABŞ-ın Silahlı Qüvvələrinin baş qərargah rəisi Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi Valeriy Qerasimov sabah Bakıda görüşəcəklər.

Unikal.org-un xəbərinə görə, bu barədə RİA "Novosti" Pentaqonun mətbuat xidmətinə istinadən məlumat yayıb.

Görüşdə Rusiya və ABŞ arasında hərbi sahədə münasibətlərin hazırkı səviyyəsi müzakirə olunacaq.