Ukraynanın Nazirlər kabineti ölkənin enerji sistemində fövqəladə rejim tətbiq edib. 

Unikal.org-un "112 Ukrayna telekanalına istinadən verdiyi xəbərə görə, müvafiq qərar hökumətin növbədənkənar iclasında qəbul edilib. Ukrayna Energetika naziri İqor Nasalik bildirib ki, fövqəladə rejim uzadılmaq mümkünlüyü ilə bir ay müddətinə tətbiq edilir. 
O, enerjinin istehsalı və işlədilməsinin balanslaşdırılması üçün elektrik enerjinin fasilələrlə verilişini istisna etməyib. 
Donbasın işğal olunmuş ərazilərindən kömür daşıyan dəmir yolları üç həftədir ki, blokadadadır.