Hollandiyanın PAL-V şirkəti dünyada ilk dəfə PAL-V Liberty uçan avtomobillərini satışa çıxaırb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, lakin bu maşını əldə etmək üçün, öncədən sifariş etmək lazımdır. İlk uça bilən avtomobillər hələ 2018-ci ildə istehsal ediləcək.

PAL-V Liberty - avtomobil transformerdir. Yollarda adi maşın kimi hərəkət edir. Lazım olduqda isə, formasını dəyişərək uça bilir. Yeganə mənfi cəhəti, uça bilməsi üçün 180 metr düz yolda sürət yığmalıdır. Bu səbəbdən tıxacda və adi şossedə yüksəlmək mümkün deyil.

Uçan avtomobilin ən sadə modelinin qiyməti isə 400 min dollardır.