Türkiyə ordusu "Fərat qalxanı" əməliyyatı çərçivəsində Suriyanın Əl-Bab bölgəsinə böyük miqyasda nəzarəti ələ alıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahınadan məlumat verib. 

Qeyd olunur ki, artıq İŞİD terror qruplaşmasının bütün silahları susub.

Hazırda İŞİD-dən azad olunan ərazilərin minalardan təmizlənməsi işləri aparılır.