Bir müddət əvvəl təmas xəttində ermənilər tərəfindən girov götürülmüş Bərdə rayon sakini Elnur Hüseynzadə ilə bağlı Respublika Hərbi Prokurorluğu araşdırmalara başlayıb.

Unikal.org xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında respublika hərbi prokuroru Xanlar Vəliyev deyib.

"E.Hüseynzadə əvvə­llər hərbidə xidmət edib. Amma düşmən tərə­finə keçməzdən əvvəl ­hərbi xidmətdən tərxi­s olunması barədə əmri­ var. Bununla bağl­ı hazırda araşdırma aparı­lır".