***13:42

Rejissor Şahin Zəkizadə vəfat edib. 

Unikal.org Apa-ya istinadən xəbər verir ki, bu barədə Ş. Zəkizadənin xalası oğlu Aqil Adiloğlu məlumat verib. 

O, bildirib ki, Ş. Zəkizadə sabah Maşatağada yerləşən "Seyidlər qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Ş. Zəkizadə qan xərçəngindən əziyyət çəkirdi. O, Tibb Universitetinin Tədris Terapevtik Klinikasında müalicə olunurdu.