Ermənistanda buldozerin hərbi hissəyə gedən yolu təmizləməsi zamanı baş verən qəza nəticəsində müddətdən artıq xidmət edən bir hərbi qulluqçusu ölüb, ikisi isə yaralanıb.

Unikal.org erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.

Bildirilir ki, yolun təmizlənməsi zamanı Qaregin Minasyan, Armen Puxan və Vruyr Nersisyan bədən xəsarəti alıb. Qaregin Minasyan aldığı xəsarətdən xəstəxanaya aparılarkən yolda ölüb, digər yaralı hərbçilər isə hospitala yerləşdirilib.

Hadisə ilə bağlı istintaq başlayıb.