Bu gün Alp dağlarının İtaliyaya aid hissəsində beş alpinist ölüb, bir nəfər xəsarət alıb.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisəyə səbəb buzlağın bir hissəsinin çökməsidir. 

Məlumata görə, bir qrup alpinist Fransa ilə sərhəddə olan Vale-Daosta vilayətindəki dağa çıxmaq istəyib. Dağ yamacındakı buz onların üzərinə düşüb. Nəticədə 5 alpinist ölüb, biri xəsarət alıb. Xəsarət alan alpinist helikopterlə ərazidən uzaqlaşdırılıb.