"Əgər bu ölkələrin siyasi qərar verən orqanları tamam fərqli düşünürlərsə, inanmıram ki, hərbçilər siyasilərdən fərqli mövqe nümayiş etdirsinlər.

Bildergebnis für Üzeyir cəfərovBu fikirləri Unikal.org-a hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov ABŞ və Rusiya silahlı qüvvələrinin baş qərargah rəisləri Cozef Danford və Valeri Gerasimovun Bakı görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, müzakirə olunacaq məsələlər sırf regionla bağlıdır: "Azərbaycan da görüş yeri olaraq təsadüfi seçilməyib. Bura həm Rusiyanın, həm də Amerikanın önəm verdiyi bir ölkədir. Rusiya cənubi Qafqazda Gürcüstanla münaqişə vəziyyətindədir. Ermənistanla bəzi məsələlərə görə Amerikanın neytral ölkə kimi Azərbaycanı seçməsi təsadüfi sayıla bilməz. Dağlıq Qarabağ münaqişəsinin həllində bu görüşün hər hansı bir rolu olacağını düşünmürəm. Əgər bu ölkələrin siyasi qərar verən orqanları tamam fərqli düşünürlərsə, inanmıram ki, hərbçilər siyasilərdən fərqli mövqe nümayiş etdirsinlər. Ola bilsin ki, ordu komandanlığı səviyyəsində Rusiya ilə bu məsələlər də müzakirə olunsun. NATO-nnun terrorla mübarizədə dəstək verdiyi ölkə olaraq Azərbaycanla münasibətlər həm Rusiya, həm də Amerika üçün önəmlidir.

Həsən Babayev