Bu gün Kipr adasının türk və yunan hissələrinin rəhbərləri arasında keçirilən görüşdə qalmaqal baş verib.

Unikal.org-un sözcü.com.tr-yə istinadən xəbər verir ki, Şimali Kipr Türk Respublikasının rəhbəri Mustafa Akıncı ilə Yunan Kiprinin lideri Nikos Anastasiadis arasında neytral bölgədə keçirilən görüş yarımçıq qalıb. Buna səbəb isə yunan siyasətçinin "Enosis hadisəsi, yəni 1950-ci ildə adanın birləşdirilməsi ilə bağlı keçirilmiş səsvermənin türklərin yaşadığı ərazilərdəki məktəblərdə tədris edilən dərsliklərə salınması ilə bağlı təklifi olub. Nikos Anastasiadis təklifinə rədd cavabı alandan sonra görüşü yarımçıq tərk edib və qapını çırparaq otağı tərk edib. Mustafa Akıncı üzünə çırpılan qapının yalnız yunan həmkarı tərəfindən açıla biləcəyini deyib.

Qeyd edək ki, 67 il əvvəl keçirilmiş seçkilərdə adanın səs vermiş əhalisinin 96 faizi "Enosisə "hə deyib.