Demokratik Konqo Respublikasında prezident seçkiləri keçirilməyəcək.

Unikal.org-un xarici KİV-ə istinadən məlumatına görə, ölkə seçkilərin keçirilməməsinin maliyyə problemləri ilə bağlı olduğunu açıqlayıb.

Demokratik Konqo Respublikasının maliyyə naziri Pierre Kangudia seçkilərə 1,8 milyard dollar lazım olduğunu və dövlət büdcəsində bu qədər maddi vəsait olmadığını deyib.

Qeyd edək ki, ölkə prezidenti Cosef Kabilanın prezidentlik səlahiyyəti ötən ilin noyabr ayında bitib.