"ARB Ulduzun "Şou-məkanproqramının növbəti qonağı müğənni Aysel Əlizadə olub.

Unikal.org-un məlumatına görə, ifaçı təqdimata hazırlaşdığını deyib:

"Açıqlama vermirəm, ancaq önümüzdəki aylarda yenə də təqdimatımız olacaq. Jurnalistləri başıma yığacaq".

A.Əlizadə aktrisalıq bacarığından söz açıb:

"Düşünürəm ki, hər kəs sevilsin, sevsin,sarılsın. Ayrılıq olmasın. Bizim sənət elədir ki, aktrisalıq qabiliyyətimiz olmalıdır. Bir hadisəni yaşamasaq da, onu canlandırmalıyıq. Depressiya yaşadığım hallar çox olub. Güclü bir xanımam. Depressiyada olsam belə, mən onu hiss etdirmirəm. Əkizlər hisslərini gizlədə bilən ən güclü bürclərdən biridir. Mən depressiya da yaşasam, bunu heç kim bilməyəcək. Düşmənlərim sevinməsinlər. Depressiyada olanda özümə qapanıram. Onda harasa getmək istəmirəm. Eyni həyat tərzi yaşadığım zaman canıma sıxıntı gəlir və onda istəyirəm ki, çıxım harasa gedim. Gedirəm də.