Sumqayıtda 85 yaşlı kişini maşın vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, fevralın 16-da saat 08 radələrində Sumqayıt şəhərində şəhər sakini Balaoğlan Məmmədov idarə etdiyi "KİA" markalı avtomobillə yolu keçən şəhər sakini, 85 yaşlı Seyidağa İsmayılovu vurub. Piyada hadisə yerində ölüb.

Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.