Əməkdar artist Dilarə Əliyeva "ARB TV"də yayımlanan"Gəlin danışaq" verilişində qonaq olub.

Unikal.org xəbər verir ki, aktrisanın aktyor qardaşı Vüsal Murtuzəliyev onunla bağlı fikirlərini səsləndirib:

"Dilarə fərqlidir. O, təkcə ailəmizin yox, nəslimizin və bütün tamaşaçıların sevimlisidir. Bu onun xasiyyətindən, sadəliyindən irəli gələn bir şeydir. İndi Dilərə mənə deyir ki, mənim 2 uşağım varsa, sən üçüncü övladımsan. Sənə həm qardaşım, həm övladım kimi baxıram. Onun gözündə mən hələ uşağam. Mənə həm Dilarə, həm də Oqtay müəllim(Oqtay Əliyev D.Əliyevanın həyat yoldaşı - red.) dəstək olub. Əldə etdiklərimin hamısını onlara borcluyam. Ən çox sevdiyim rolu "Məhəllədə" Məhəbbətdir".

D.Əliyeva göz yaşlarını saxlaya bilməyib. O bildirib ki, Vüsalı övladı kimi çox istəyir:

"Vüsal mənim ürəyimdir, həyatımdır. Onun sözlərini eşidəndə, belə danışığını duyanda qəlbim qəhərləndi".