Media qurumlarının rəhbərləri ilə Milli Məclis rəhbərliyinin görüşü keçirilib

Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə onlayn və çap media qurumlarının rəhbərlərinin Milli Məclisin rəhbərliyi ilə görüşü keçirilib.

Unikal.org xəbər verir ki, görüşdə media rəhbərləri təklif və fikirlərini səsləndiriblər. Bəzi deputatların jurnalistlərlə təmasdan yayınması, onların bir qisminin qeyri-adekvat bəyanatları və bunun da cəmiyyətdə narazılıq yaratması diqqətə çatdırılıb.

Görüşdə Milli Məclisin sədr müavini Bahar Muradova, KİVDF icraçı direktoru Vüqar Səfərli, MŞ sədri Əflatun Amaşov, "Yeni Müsavat qəzetinin baş redaktoru Rauf Arifoğlu, MM aparatının rəhbəri Səfa Mirzəyev, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov da öz fikir və təkliflərini bölüşüblər.

Görüşdə Xocalı soyqırımının 25 illiyi ilə bağlı jurnal da təqdim olunub.