Futbol üzrə Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində "Neftçi" və "Kəpəz" komandaları arasında keçiriləcək oyuna qədər "Bakcell Arena" hazır vəziyyətə gətiriləcək.

Unikal.org report-a istinadən xəbər verir ki, bu gün "Neftçi"nin rəhbərliyi başda olmaqla, klubun bütün kollektivi arenanın qardan təmizlənməsi üçün gücünü səfərbər edib. 

Dünəndən başlayaraq çoxlu sayda azarkeş kluba müraciət edərək yardımlarını təklif ediblər. "Nefçi" buna görə hər kəsə ayrı-ayrılıqda minnətdarlığını bildirib.

Klub bəyan edir ki, hazırda təmizlik işləri tam sürətlə davam edir və kömək üçün zərurət yaranmayıb. "Neftçi" azarkeşləri fevralın 18-də keçiriləcək qarşılaşmaya dəvət edib. 

"Neftçi"nin bütün kollektivi stadiona çıxdı - Qar təmizləmək üçün - FOTO

"Neftçi"nin bütün kollektivi stadiona çıxdı - Qar təmizləmək üçün - FOTO

"Neftçi"nin bütün kollektivi stadiona çıxdı - Qar təmizləmək üçün - FOTO