İfaçı Mehman Tağıyev "O səs Türkiyə yarışmasının növbəti gün baş tutan bölümündə səhnəyə çıxıb.

Unikal.org xəbər verir ki, Sibel Canın komandasında olan müğənni Gökhan-Hakan Özoğuzun qrupunda yer alan Yelena Şelkinova ilə üz-üzə gəlib.

"Çarpaz duel mərhələsində Mehman musiqisi Tofiq Quliyev, sözləri Rəsul Rzaya aid olan "Sənə də qalmaz adlı mahnını oxuyub.

Həmyerləmiz sonda auditoriya səsverməsi zamanı 48 faiz səs toplayıb və yarışmanı tərk edib.