Bu gün, fevralın 17-də ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Xocalıdan olan məcburi köçkün ailəsi ilə görüşüb. 

Unikal.org xəbər verir ki, bu haqda səfirliyin sosial şəbəkələrdəki səhifələrində məlumat verilir. Məlumatda bildirilir ki, səfir məcburi köçkün ailəsi başçısı Tofiq Cəbrayılovla görüşüb. T. Cəbrayılovun kiçik mağazasını ziyarət edən səfir onun evinə də qonaq gedib.

SəfirT.Cəbrayılovun təcrübəsi, 1992-ci ilin fevralın 26-da Xocalıda baş verən faciəli hadisələrdən sonra onun həyatı haqda söhbət edib. T.Cəbrayılov səfirə kiçik biznesindən gələn gəlirlə ailəsini saxlamaqdan ötrü gördüyü işlərdən danışıb.

"Biz keçmişdə yaşananlarıheçvaxt unutmamalıyıq. Daimi yol axtararaq irəli addımlayan və ailələrindən ötrü zəhmətlə çalışan insanlarla görüşməkdən böyük qürur hissi duyuram, səfir deyib. Diplomat həmçinin söhbət zamanı ABŞ hökumətinin bu hadisələrdən əziyyət çəkən azərbaycanlılara kömək etməkdə davam edəcəyini qeyd edib.