Xəbər verdiyimiz kimi, Gəncə Musiqi Kollecində tələbələrdən müsbət qiymətlərin alınması üçün pul yığılması barədə 161 nömrəli "Qaynar xətt əlaqə mərkəzinə daxil olmuş müraciətə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində baxılıb. 

Unikal.org xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən  verilən məlumata görə, keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində 2016-cı ildən Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsinə təyin olunmasına baxmayaraq Gəncə Musiqi Kollecinin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirən sabiq direktor Gülçin Mirzəyeva həmin kollecin direktor müavini Fatimə Qafarzadə ilə qabaqcadan əlbir olaraq özü və ya üçüncü şəxslər üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədilə kollecin tələbələrindən, habelə onların qohumları və valideynlərindən imtahan sessiyasında müsbət qiymətlərin yazılması üçün ümumilikdə 2000 manat məbləğində pulu rüşvət kimi tələb edib almalarına şübhələr üçün əsaslar olduğundan fakta görə cinayət işi başlanıb.

Direktorun həbs görüntüsü yayılıb.