Türkiyənin Şanlıurfa vilayətinin Viranşehir rayonunda hakim və vəkillərin yaşadığı ərazidə bomba yüklü avtomobillə terror hücumu edilib.

Unikal.org Anadolu agentliyinə istinadən xəbər verir ki, axşam vaxtı 18-20 yaşlı bir nəfər avtomobili Yenişəhər məhəlləsində park edərək, ərazini tərk edib. Daha sonda uzaqdan idarəetmə ilə avtomobil partladılıb.

Şanlıurfa Valisi Güngör Azim Tuna bildirib ki, hadisə nəticəsində 3 yaşlı uşaq ölüb, 15 nəfər yaralanıb. Əraziyə çoxlu sayda polis və təcili yardım maşınları cəlb edilib.