Məşhur müğənni Adelin dünya turu ərzində səhnəyə hər çıxışında 600 min dollardan çox qazandığı məlum olub.

Unikal.org bildirir ki, ifaçı ilə birgə çalışan "Remedy Touring" şirkəti bu barədə açıqlama verib:

"Ümümilikdə 53 milyon dollar gəlir əldə edilib. Bu vəsaiti konsertlər üzrə bölsək, böyük bir rəqəm ortaya çıxır".

Qeyd edək ki, "Qremmi 2017"də 5 mükafat qazanaraq rekorda imza atan ifaçının 2015-ci ilin statistikasına görə bir gecədə qazandığı məbləğ 105 min dollar olub.