Türkiyənin Kütahya bölgəsində34 yaşlıEmine Cangürilə həyat yoldaşı 38 yaşlıMehmet Cangürün evində25 yaşlıİsmayıl Yavuzbu səhər 5.00 radələrindəbıçaqlanaraq öldürülüb. İsmail Yavuzun cəsədinin başı üstündə əlində 2 qanlı bıçaqla tutulan Emine Cangür cinayəti özünün törətdiyini, evdə başqa kimsənin olmadığını söyləyərkənarxa otaqda həyat yoldaşı Mehmet Cangürtapılıb. Cütlük nəzarətə alınıb.Emine Cangürün İsmail Yavuzla əlaqəsi olduğu iddia edilir.

Unikal.org DHA-ya istinadən xəbər verir ki, evli, 1 uşaq atası İsmayıl Yavuzdünən gecə iddiaya görə bir müddət əlaqədə olduğuevli, 1 uşaq anası Emine Cangürün evinə gedib. Evdə səhərə yaxınsəs-küyeşidən Emine Cangürün qonşuları polisə xəbər veriblər.

Polis evə girdikdə Emine Cangürü əlində 2 qanlı bıçaqla, yerdə də İsmail Yavuzun cəsədiylə qarşılaşıblar. Emine Cangürpolislərə İsmail Yavuzu onun öldürdüyünü və evdə başqa kimsənin olmadığını söyləyib. İçəriyə girən Kütahya Təhlükəsizlik İdarəsinin əməkdaşlarıevin arxa otağında Emine Cangürün həyat yoldaşı Mehmet Cangürü tapıblar. Ər-arvad nəzarətə alınarkən, Mehmet Cangürhadisəylə əlaqəsinin olmadığını bildirib.

Emine Cangür isədindirilmə zamanı həyat yoldaşını günahlandırıb. O, İsmail Yavuz iləbir fabrikdəişçi olaraq çalışdıqlarını söyləyib.

Emine1.5 aydır işsiz olan həyat yoldaşı Mehmet Cangürün mobil telefonundaİsmail Yavuz ilə olan mesajlarını gördüyünü iddia edərək bunları deyib: "Həyat yoldaşım mənim mobil telefonumdan İsmayıla"Həyat yoldaşım evdə yoxdur, Ankaraya getdi. Evə gəl"deyə mesaj göndərdi. Daha sonraməni döydü və ayaqlarımdan bıçaqladı. Ardından məni soyundurub hamam xalatı geydirdi. İsmayıl gələndə mənim hamam xalatında onu qarşılayıb yataq otağına aparmağımı istədi.O da evdə gizləndi. İsmayıl gəldiyində onu yataq otağına apardım. O anda yoldaşım da otağa girdi. Dalaşmağa başladılar. İsmayıl qaçmaq istədi. Həyat yoldaşım onu -‹-‹dəhlizdə dəfələrlə bıçaqladı. Daha sonra telefonla anamı və qardaşımı evə çağırdı. Onlar gəlincə "Baxın qızınız mənim namusumu murdar etdi. Mən də ona görə bu adamı bıçaqladım. İndi bu cinayəti qızınız boynuna götürəcək. Bu adamı onun özünün öldürdüyünü söyləyəcək" dedi. Bu vaxt İsmayıl can çəkişirdi. Bıçağı güclə əlimə verdi. Özü də əlimi tutub İsmayılın boynuna və cinsi orqanına doğru bıçağı batırdı. Polislər evə gəlincə də qorxumdan cinayəti "mənetmişəm" söyləmək məcburiyyətində qaldım. Ancaq İsmayılı ərim öldürdü".

Mehmet Cangürün dindirilməsinindavam etdiyi və ittihamları qəbul etmədiyi deyilir.

"Ərim məni soyundurub, İsmayılı yataq otağına aparmağımı istədi" - FOTO

"Ərim məni soyundurub, İsmayılı yataq otağına aparmağımı istədi" - FOTO