Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin işıq dirəyinə çırpılması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq "VAZ markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 04:06-da başa çatıb.