İnsanların bəzən onlara yazılan yüksək məbləğdə cərimələri qarşı tərəfi əziyyətə salmaq üçün xırda pullarla ödədiklərinin şahidi olmuşuq. Amma bu dəfə vəziyyət tamamilə fərqlidir. Çində Gan adlı şəxs təxminən 660.000 Yuan (106.480 dollar) olan BMW markalı avtomobilin qiymətini xırda pulla ödəyib. 

Unikal.org xəbər verir ki, 100 mindən çox dəmir pulun ağırlığı təxminən 10 ton olub. Gan pulu satış mərkəzinə xüsusi yük maşınında gətirib. 10 nəfər fəhlə isə pulların yük maşınından boşaldılması ilə məşğul olub. Gan bildirib ki, son dövrdə onun rəhbəri olduğu banka edilən bütün ödənişlər dəmir pullarla olub və belə bir məbləğ yaranıb. Odur ki, bu məbləği xərcləmək lazım gəlib və o, BMW almaq arzusunu reallaşdırıb. 

Avtosfer.az bu maraqlı faktla bağlı fotoları təqdim edir:
undefined
undefined
undefined
undefined
undefined
undefined
undefined
undefined
undefined