Bu gün Rusiya Federasiyasının dövlət katibi, xarici işlər nazirinin müavini Qriqori Karasin Azərbaycanın bu ölkədəki səfiri Polad Bülbüloğlu ilə görüşüb.

Unikal.org apa-ya istinadən xəbər verir ki. görüşdə iki ölkə arasında münasibətlər, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Rusiyaya planlaşdırılan rəsmi səfərinə hazırlıq və digər məsələlər müzakirə olunub. 

Tərəflər bu il aprelin 4-də Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin 25-ci ildönümünün qeyd olunması ilə bağlı görülən hazırlığı da müzakirə edib.