Türkiyənin Bursa şəhərində dəhşətli hadisə baş verib.

Unikal.org Habertürk-ə istinadən xəbər verir ki, şəhərin mərkəzi sayılan Osmanqazi rayonunda "Ford markalı avtomobil yüksək sürətlə restorana girib. Sürücünün idarəetməni itirməsi nəticəsində şüşə konstruksiyaları dağıdıb restoran salonuna daxil olan avtomobil 2 nəfəri öldürüb, daha 11 nəfər isə yaralanıb.

İlkin araşdırma zamanı sürücünün içkili olması və daha əvvəl müxtəlif cinayətlərə görə 9 il həbsxanada qalması müəyyən edilib. Okan A. adlı həmin sürücünün axtarışda olduğu, qəzanı törətdiyi avtomobilin sahibini güllələdikdən sonra qaçırdığı da bəlli olub.

...

...

...

...