Ötən sutka ərzində Əfqanıstanın şimalında donvurma nəticəsində 14 nəfər ölüb.

Unikal.org-un "Sinxua agentliyinə istinadən verdiyi məlumata görə, Cauzcan əyalətinin Darzab dairəsində 5 çoban güclü qar yağışı və soyuqlar nəticəsində donaraq ölüb.

Sari-Pul əyalətində 5 nəfər, Badaxşan əyalətində 4 nəfər donvurmanın qurbanı olub. Ölənlər arasında uşaqlar da var.