ANAMA Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb.

Agentlikdən Unikal.org-a verilən məlumata görə, 19 fevral tarixində gün ərzində kəndə çəkilməsi nəzərdə tutulan avtomobil yolunun 3 min 300 kv.m ərazisi yoxlanılıb, 120 ədəd qəlpə aşkar edilib, mina və partlamamış hərbi sursat aşkar edilməyib.

Qeyd edək ki, 16 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 23 evə, yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib, 5 ədəd partlamamış hərbi sursat (3 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832) və 2 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843) aşkar olunaraq zərərsizləşdirilib, 108 566 kv.m ərazi (46 066 kv.m ərazi əl ilə və 62 500 kv.m ərazi mexaniki üsulla) yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.