Pakistanın Xayber-Paxtunxva əyalətindəki Lavari tuneli yaxınlığında qar uçqunu nəticəsində yeddi nəfər həlak olub.

Pakistan mətbuatının məlumatına görə uçqun altında daha dörd nəfərin qaldığı güman edilir.

Xilasedicilər onların çıxarılması istiqamətində iş aparır.

Qeyd edək ki, bu ay Pakistanda 14 nəfər qar uçqunu altında qalaraq həlak olub.(azertag)