"Hər iki komanda üçün vacib oyun idi. Məğlub olmağımıza baxmayaraq, komandamdan razı qaldım".

Unikal.org xəbər verir ki, bu sözləri "Qəbələ" - "Qarabağ" oyunundan sonra (2:0) Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
"Sadəcə son nöqtəni tamamlayanda problem olurdu. "Qəbələ" azarkeşlərini də təbrik edirəm. Sonda isə öz azarkeşlərimizə təşəkkürümü bildirirəm, bu çətin səfərdə də bizi tək qoymadılar", - deyə o əlavə edib.