Gəncədə sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org apa-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.
"VAZ21011 və "Mercedes markalı avtomobillərin toqquşması nəticəsində "VAZ-ın sürücüsü, Samux rayon sakini, 1992-ci il təvəllüdlü İmanov Mehdi bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.