Goranboy rayon sakini qarnından ağır xəsarət alıb.

Unikal,org apa-ya istinadən verdiyi məlumata görə, rayonun Baxçakürd kənd sakini 1997-ci il təvəllüdlü Ruslan Həsənov qarının kəsilmiş deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

O, dərhal əməliyyat olunub. Yaxınlarının dediyinə görə, R. Həsənov yaşadığı evdə çanaq antena quran zaman hündürlükdən yerə yıxılıb və qarnını dəmir batıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.