Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağda keçirilməsi planlaşdırılan "referendumla bağlı bəyanat yayıb.

Necdet Ünüvar qeyd edir ki, bu addım sülh danışıqlarına güclü zərbə vurur.

"Bu qanunsuz "referendumun nəticələri Türkiyə tərəfindən tanınmayacaq", - deyə Ünüvar bildirib.

Türkiyə Xarici İşlər Nazirliyi də Dağlıq Qarabağda keçirilməsi planlaşdırılan "referendumu pisləyən bəyanat yayıb.