Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovanın fəaliyyəti ilə bağlı son hesabatının tarixi məlum olub.

Milli Məclisdən Unika.org-a verilən məlumata görə, Ombudsman E. Süleymanova martın 7-də parlamentdə son illik hesabatını təqdim edəcək.

Qeyd edək ki, Azərbaycan Konstitusiyasına və "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında qanuna görə Ombudsman 7 ildən bir seçilir və bu ilin martında E. Süleymanovanın fəaliyyət müddəti başa çatır.

Onun növbəti müddət üçün namizədliyinin verilməyəcəyi bildirilir.