16 fevral tarixində Unikal.org ""AtaBankın Göyçay filialında ŞOK QANUNSUZLUQ: 1 nəfər yüzlərlə şəxsə zamin dayanıb (http://www.unikal.org/w142014.html) başlıqlı xəbər yaymışdı.

Xəbərdə kreditlə məişət əşyaları və texniki avadanlıqların satışı ilə məşğul olan satıcıların adlarının "AtaBank ASC-nin Göyçay filialında yüzlərlə kredit müqaviləsində zamin olaraq keçdiyi qeyd olunurdu. Eyni zamanda müştərilərə girov müqaviləsinin təqdim edilmədiyi bildirilirdi.

Unikal.org -a daxil olan məlumata görə, kredit müqaviləsində adı zamin olaraq keçən şəxsin vəsatəti ilə məhkəmə xətşünaslıq ekspertizası təyin edib. Ekspertizaya göndərilmiş müqavilələrdəki imzanın zaminə aid olmadığı ortaya çıxıb. Digər zaminlərin dediklərinə görə, onların da işində bu halın mövcud olması qaçılmazdır.

Məsələ ilə bağlı Unikal.org "AtaBank ASC-nin Göyçay filialının müdiri Nizami Mahmudovla əlaqə saxlayıb. O, bildirib ki, heç bir mağaza müdirindən müştərinin kreditini ödəmək tələbi olmayıb:
"Banklarda "əməkdaşlıq krediti deyilən kredit var. Həmin şəxslərə əməkdaşlıq krediti verilib. Ancaq, o miqdarda yox.  Girov da müştərinin mağazadan götürdüyü məhsuldur. Heç bir mağaza müdirindən müştərinin yerinə kredit ödəməsi tələb edilməyib. Kimdən belə bir tələb olunubsa, çıxsın ortaya. Müştərilərlə girov müqaviləsi bağlanıb. Şəxsin götürdüyü mallar da girov olaraq qeyd edilib.

"AtaBank ASC-nin baş ofisindən Unikal.org-a deyiblər ki, məsələ ilə bağlı məhkəmə qərar verdiyindən bu barədə açıqlama verilmir.

Elvin Rüstəmov