Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev Ankarada İƏT/FAO-nun Ərzaq Təhlükəsizliyinə dair Regional Proqramın həyata keçirilməsi üzrə İƏT-in Regional Əlaqələndirmə Mərkəzinin (ECO-RCC) 2-ci Rəhbər Komitə Proqramının iclasında iştirak edib.

Xidmətdən Unikal.org-a verilən məlumata görə, tədbirdə həmçınin Türkiyə, İran, Türkmənistan, Tacikistan, Qırğızıstan, Pakistan, Əfqanıstan, Kipr və s. ölkələrin kənd təsərrüfatı üzrə səlahiyyətli nümayəndələri iştirak edib.

İclas çərçivəsində milli ərzaq təhlükəsizliyi Proqramının inkişafına dair təqdimatlar keçirilməklə yanaşı, ECO- RCC-nın iş prinsiplərinin təhlili və təsdiqi və üzv dövlətlərin ehtiyaclarının qiymətləndirilməsi məqsədi ilə RPFS-ın aparıcı komponentləri olan buğdanın keyfiyyətinin yaxşılaşdırılması üzrə əlaqələndirilmiş tədqiqat, regional toxum tədarükünün gücləndirilməsi, ziyanvericilərə qarşı mübarizə tədbirləri, otlaqların bərpası, inkişafı və s. mövzularda müzakirələr aparılıb.

Tədbirdə üzv dövlətlərdə ərzaq təhlükəsizliyinin vəziyyəti müzakirə edilmiş, mövcud problemlərin aradan qaldırılması məqsədilə regionda qlobal layihələrin həyata keşirilməsinin zəruriliyi bildirilib.

Müzakirələrdə C.Quliyev regionda əhalinin etibarlı ərzaq təminatına olan təhdidlərin yumşaldılması üçün qida israfçılığına qarşı mübarizə, kənd təsərrüfatı məhsullarının istehsalı zamanı iqlim şərtlərindən asılılığın aradan qaldırılması, laboratoriya personalının yenidən hazırlanması və inteqrir mübarizə tədbirlərinin tətbiqi layihələrinin həyata keçirilməsinin vacibliyini qeyd edib.

Səfər çərçivəsində C.Quliyev Tarım araşdırmaları və Politikaları Genel müdiri Nevzat Birşik, Torpaq, Gübrə və Su qaynaqları İnstitutunun müdiri Aynur Özbahçe, Qida,Tarım və Heyvançılıq Bakanlığının Avropa Birliyi və Dış İlişkilər Genel müdiri Ali Recep Nazlı, Qida,Tarım və Heyvançılıq Bakanlığının Genel müdiri Muharrem Selçuk və Bitki Sağlığı və Karantina Dairə Başkanı Murat Şahinlə görüşərək kadr hazırlığı, bitki mühafizəsi və karantini sahəsində əlaqələrin genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsi məsələlərini müzakirə edib, o cümlədən Ulusal Qida Referans laboratoriyasının, Zirai Mücadile Merkez Araştırma İnstitutunun Toxum Bangının və Biotexnoloji Araştırma Mərkəzinin fəaliyəti ilə yaxından tanış olub.

Rövşən Ziya adlı birinin şəkli.