Bu gün səhər saatlarında Xaçmazın Üçgünqışlaq kəndində yanğın baş verib.

Unikal.org ARB Şimal-a istinadən xəbər verir ki, Nahid Abdullayevə məxsus birmərtəbəli, iki otaqlı ev əşyaları ilə birlikdə tamamilə yanıb.

Nahid Abdullayev həyat yoldaşı və iki azyaşlı uşağını evdən çıxararkən yanıq xəsarətləri alıb. Yaralı dərhal Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq, müvafiq tibbi yardım göstərilib.

Hadisə yerinə Xaçmaz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Yanğının ətraf ərazilərə keçməsinin qaşısı alınıb. Hadisənin dəqiq başvermə səbəbləri araşdırılır.