Bu gün səhər saatlarında Türkiyə və Naxçıvan arasındakı Dilucu sərhəd-keçid məntəqəsi yaxınlığında dəhşətli yol qəzası baş verib.

Unikal.org Türkiyə mətbatına istinadən xəbər verir ki, iki sərnişin avtobusunun toqquşması nəticəsində 20 nəfər yaralanıb, 7 nəfər ölüb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyevin APA-ya verdiyi məlumata görə, baş verən qəzada ölən və yaralananlar arasında azərbaycanlılar da var.

Hadisə ilə bağlı polis araşdırmalara başlayıb.