Zaqatalada yanğın olub.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən evlərdən birində qeydə alınıb. 

Ümumi sahəsi 56 kv/m olan tikilidə baş verən yanğın söndürüldükdən sonra sobanın üstündən yanmış kişi meyiti aşkar edilib.

Araşdırmalar zamanı meyiti tapılan şəxsin 1937-ci il təvəllüdlü Rəsul Musa oğlu Musayev olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.