Səmada, başqa su hövzələrində - dəniz və okeanlarda müşahidə olunması onların üzən obyektlərə də malik olmasını təsdiqləyir. Dünyanın çox hissəsinin su olduğunu və əldə edilən sübutlardan belə başa düşmək olar ki, ÜNO-lar planetə heç kimə görünmədən gəlib-getmək üçün su yollarından da istifadə edirlər. Bu cisimlərə ÜNO-lar (Üzən naməlum obyektlər) adını veririk. Onlara dair çoxlu raportlar mövcuddur.

AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov unikal.org-a açıqlamasında bu sahədə çalışan elm adamı kimi UNO-ların olmadığını deyib:

"Məni bir dəfə tədbirə aparmışdılar. 1955-ci ilin Almaniyanın və ABŞ-ın istehsalı olan UNO-ların uçuşunu göstərdilər. Həqiqətən də gördüm ki, insanlara yad planetlilər kimi təqdim edilən UNO-lar heç də belə deyil. Eynilə o tarelkadakı kimi qapılar açılır və kənarlarında işıqlar yanır. UNO-lar sürətlə hər tərəfə hərəkət edə bilir. Amma onu elə nümayiş elətdirirlər ki, guya bunlar yad planetlilərdir.

X.Mikayılov hesab edir ki, sözügedən cihazlar hərbi məqsədlər üçün istehsal edilir və onu gizli saxlayırlar:

"Mən həmçinin UNO-ların olmasını ona görə inkar edirəm ki, alimlər elmi səviyyədə bunun mövcudluğunu izah edə bilmir. İşıq sürəti ilə hərəkət edə bilən hər hansı bir obyektin bizə çatması üçün də 100 illərlə vaxt lazımdır. Elə ulduz var ki, onun işığı bizə milyon ilə gəlib çatır. Neçə yüz illər bundan əvvəl insan ağlındakı uçan xalçalar, bu gün təyyarələr, raketlərlə əvəzlənib. Belə şeyləri bu gün elm izah edə bilmədiyinə görə, biz bunların izahını verməyə aciz qalırıq. Əgər həqiqətən, UNO-lar varsa, dünyada 200-dən çox Rəssədxana var və niyə onlarda uçan "tarelka görsənmir?