Türkiyənin Niğdə vilayətində qatar qəzası nəticəsində iki ayağını itirən 49 yaşındakı Yılmaz Karamanın evinin həyətindən dövlətin qızdırmaq üçün verdiyi kömürlər oğurlanıb. 

Unikal.org haberler-ə istinadən xəbər verir ki, Niğdə vilayətinin Elxanlı məhəlləsində iki otaqlı evdə yaşayan, iki uşaq atası Karaman, səhər oyandığında 20 torba kömürün həyətində olmadığını görüb və hadisə barədə polisə məlumat verib. 

Polis qrupları, oğruların tutulması üçün araşdırmaya başlayıb. 

Qışın ortasında kömürsüz qaldıqlarını ifadə edən Karaman bildirib ki, dövlətin verdiyi kömürü oğurlayıb aparıblar: "İki uşağıma güclə baxıram. Dövlətin verdiyi maaşla yaşayıram".

Oğrulara da səslənən Karaman deyib ki, əlil bir insanın kömürünü oğurladınız, heç utanmadınız?
Engelli Vatandaşın Bahçesindeki Kömürler Çalındı