Polşa müdafiə naziri Antoni Maçereviç ölkənin yüksək səviyyəli hərbi komandasına prezident Andjey Dudaya birbaşa müraciət etməyə qadağa qoyub.

Unikal.org-un "Lenta.ruya istinadən verdiyi məlumata görə, sərəncam hələ ötən ilin payızında şifahi şəkildə verilib və bu, Silahlı Qüvvələrin Baş Qarargah İdarəsi rəhbərinə, silahlı qüvvələrin əməliyyat komandiri və ordu komandirinə şamil olunub.

Məlumata görə, müdafiə nazirinin bu addımı atmasında əsas məqsədi generallar ordusunun prezidenti Polşa ordusunun əsl vəziyyəti haqqında məlumatlandıra bilməsinin qarşısını almaqdır.Çünki baş zabitlər bir müddət öncə prezidentə öz rəhbərlərindən şikayət ediblər.

"Gazeta Wyborcza nəşri qeyd edir ki, artıq ölkədə belə bir təəssürat formalaşıb ki, dövlət başçısı artıq ordu üzərində təsiri omadığı fikri ilə barışıb.