Türkiyədə FETÖ ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində Hakimlər və Prokurorlar Ali Təşkilatının (HSYK) 227 əməkdaşı vəzifədən kənarlaşdırılıb.

Unikal.org-un "Haberturkə istinadən verdiyi məlumata görə, işdən çıxarılan hakim və prokurorlar FETÖ və PYD terror təşkilatları ilə əlaqədə şübhəli bilinirlər.

YSYK-nın sədr müavini Mehmet Yılmaz bildirib ki, 15 iyulda çevrilişə cəhddən sonra ümumilikdə, 4176 hakim və prokuror haqqında cinayət işi açılıb ki, bunlardan 3886 nəfər işdən ixrac olunub.