İğdır-Naxçıvan şosesində baş vermiş ağır yol-nəqliyyat hadisəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun tapşırığı əsasında muxtar respublikadan İğdır şəhərinə rəsmi nümayəndə heyəti gəlib.

Unikal.org Azərtac-a istinadən xəbər verir ki, nümayəndə heyətinə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov, daxili işlər nazirinin müavini Səbuhi Novruzov, səhiyyə naziri Niyazi Novruzov daxildir.

Gün ərzində nümayəndə heyətimiz qəza nəticəsində yaralanan vətəndaşlarımız, onların müalicə həkimləri və xəstəxana rəhbərləri, həmçinin İğdırın rəsmi şəxsləri ilə görüşüb. Yaralıların müayinə və müalicəsi, eləcə də həlak olan vətəndaşlarımızın cənazələrinin Vətənə göndərilməsi üçün bütün zəruri tədbirlər görülüb.