Xırdalanda yanğın hadisəsi qeydə alınıb.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında şaxtadan keçən elektrik kabeli 40 p.m yanıb.

Hadisə zamanı yanğınsöndürənlər tərəfindən 17 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. 

Yanğın saat 23:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.