Bakıda yaşayış evində partlayış olub.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonu, 5-ci mikrorayon, A. Məhərrəmov küçəsi 4 /66 ünvanında qeydə alınıb.

Həmin ünvanda yerləşən mənzillərdən birində baş verən partlayış nəticəsində orada yaşayan, 27 yaşlı Orxan Yasin oğlu Məmmədzadə xəsarətlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.