İzmirdə 22 yaşlı qız şizofreniya xəstəliyindən əziyyət çəkir. 

Unikal.org
Türkiyə mətbuatına istinadən xəbər verir ki, İzmirdə valideynləri 22 yaşlı qızı müalicə etmək əvəzinə, evə zəncirləyiblər.

Qız fürsət tapan kimi evdən qaçıb. Ailəsi bu barədə polisə xəbər verib. Evdən qaçan qız yolda əvvəlcə yük maşını sürücüsü ilə qarşılaşıb. Sürücü onu evə aparıb, təcavüz edib, sonra da başqa kişilərə satıb. Günlərcə təcavüzə məruz qalan qız sürücünün evdə olmamasından istifadə edərək pəncərəyə çıxaraq qışqırıb. Onun səsinə gələn qonşular qıza kömək edib, polisə xəbər veriblər.

Polislər qızın ailəsinə xəbər verib, lakin onlara qaytarmayıblar. Çünki qızın qohumlarından biri qardaşına "namusumuz kirləndi" deyə xəbər göndərib. Qızın qardaşı isə bacısını öldürmək üçün İzmirə gəlib. Qızın atası oğluna qarşı çıxıb. Qız dövlət himayəsinə verilib.