Xəzər" TV-nin "Diqqətli ol" verilişi daha bir maraqlı sosial çarx hazırlayıb.

Unikal.org xəbər verir ki, gənc oğlan qızlara yaxınlaşaraq sual verməyə çalışıb. Ancaq əksər qızlar oğlanın sualına cavab verməkdən imtina ediblər.

Rusiyadan gəldiyini deyən oğlan dilənçiyə qızların yanında 100 manat nəzir verir. Bu jesti görən qızların oğlana olan münasibəti dəyişib. "Tələsirəm", - deyərək oğlandan uzaqlaşmağa çalışan xanımlar pulu görəndən sonra fikirlərini dəyişirlər. Qızlar gənc oğlanla Bakını gəzməyə belə razılıq verənlər olub.